Məktəblilərdən tibbi arayış tələb olunacaq?- DİQQƏT! - TƏHSİL EKSPERTİ DANIŞDI
“Məktəblər başlayanda tibbi arayışın tələb olunması ilə bağlı məlumatım yoxdur. Amma, bütün hallarda tibbi arayışın tələb olunması ilə bağlı fikirlər birmənalı deyil. Ali təhsil müəssisələrində ya vaksinasiya, covid pasportu və yaxud pesiar testinin nəticələri ilə bağlı məlumatların tələb olunması hesab edirəm ki, çox doğru bir tələbdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, Türkiyədə ali təhsil müəssisələrində mütləq şəkildə covid pasportu, əgər covid pasportu yoxdursa, pesiar testinin nəticələri ilə bağlı sənəd tələb olunur: "Təhsil ocaqlarını qapalı da saxlamaq istəmirik və bu baxımdan da orada təhsil alan, eyni zamanda çalışan heyətin sağlamlığının qorunması və bütövlükdə pandemiyanın daha geniş yayılmasının qarşısının alınması məqsədilə mütləq şəkildə qabaqlayıcı tədbirləri həyata keçirməliyik. Bəzi əyani təhsilə keçidlə bağlı məsələlərdə Nazirlər Kabinetinin xüsusi qaydalarının təsdiq olunması gözlənilir. Çox güman ki, həmin qaydalarda bu kimi suallar cavablandırılacaq və mən düşünürəm ki, mütləq şəkildə qaydalar sərt olmalıdır. Bu sərtlik ilk növbədə yoluxmanın qarşısını almağa xidmət edən addımlardır”.
Ekspert sözlərinə belə davam edib: “Biz gündəlik mətbuatda, sosial şəbəkədə ətrafımızda yoluxmanın sayının çox olduğunu və nə qədər tanıdığımız insanların pandemiyadan əziyyət çəkdiyini, həyatlarını dəyişdiklərinin şahidiyik. İnanın ki, dünəndən bəri neçə nəfər dostumun, məhz tanıdığım insanların covid-dən vəfat etməsi xəbərini acı da olsa izləyirəm. Yəni, vəziyyət əslində xeyli gərgindir. Bu baxımdan da, qaydaların sərtləşdirilməsi çox vacibdir. Biz heç kimi vaksin vurdurmağa məcbur edə bilmərik. Vaksin vurdurmaq könüllüdür. Amma bu könüllülükdə də bir məsuliyyət məsələsi var. Bu baxımdan təhsil müəssisələrində bir nəfərin yoluxması qapanma tədbirinin verilməsinə gətirib çıxara bilər. Bu baxımdan biz məktəblərin açılmasını istəyirik, amma qaydalara əməl etmək istəmirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB