Təyyarədən düşəndə öyrəndi Məşhur aktyora yanğın şoku

Aktrisa Fahriye Evcen və oğlu Karan ilə birlikdə Bodrumda tətilə çıxan Burak Özçivit ötən gün ailəsi ilə birlikdə İstanbula qayıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin cütlüyün Gümüşlükdəki evinin ətrafındakı meşə sahəsində yanğın baş verib. Xəbəri təyyarədən enən kimi öyrənən məşhur aktyor ərazinin gözətçisindən məlumat istəyib.

ATV-də "Kuruluş Osman" serialında baş rolu canlandıran Burak Özçivit həyat yoldaşı Fahriye Evcen və oğlu Karanla birlikdə iki ay Bodrumda tətildə idi. Ancaq tətili bitən Burak-Fahriye cütlüyünün gedişindən sonra Muğla bölgəsində baş verən yanğın hadisələrinə yenisi əlavə edildi.

Gümüşlük Dereköydə başlayan və Koyunbabaya doğru davam edən yanğın nəzarət altına alınmağa çalışılsa da, küləyin təsiriylə cütlüyün evlərinin yerləşdiyi bölgəyə çatdı. Onların evinin arxasındakı yanğın nəzarət altına alınsa da, tüstünün zaman-zaman qalxdığı görüldü.

Yanğının Gümüşlüyə enməməsi üçün mübarizə aparıldı. Quruda olan qruplar inşaat texnikası ilə yanğının yollarını bağlamağa çalışarkən, insanlar meşəyə vedrələrlə su aparırdılar.

Yanğına yanğınsöndürənlər və tikinti texnikasından başqa, yanğınsöndürmə təyyarələri və vertolyotlar da müdaxilə etdi. Yanğın 5 saat sonra nəzarət altına alınsa da, gecə soyutma işləri görülə bilmədiyi üçün yenidən alovlandı.

Burak Özçivit sosial media hesabında evinin yaxınlığındakı bölmədə yanğının videosunu paylaşaraq "Gümüslük. Yanğın indi bizə gəlir. Allah hamımıza kömək olsun" mesajını yazdı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...