Dünyaca məşhur aktrisadan şikayət

Marvel filmlərində canlandırdığı "Qara dul" obrazı ilə böyük uğurlar qazanan məşhur ABŞ aktrisası Skarlett Cohansson, xarakteri ilə eyni adlı filmlə gündəmdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yayımlandıqdan sonra eyni dövrdə Disneyin rəqəmsal yayım platformasında nümayiş olunan film, Cohansson ilə prodüser şirkəti arasındakı əlaqələri gərginləşdirib. Şirkətin müqavilə qaydalarını pozduğunu iddia edən 36 yaşlı aktrisa məhkəməyə müraciət edib.

Cohansson, filmin kinoteatrlarla birlikdə rəqəmsal platformaya çıxması səbəbindən gəlir itkisinə görə təzminat tələb edib. ABŞ mətbuatı, işin nəticəsinin önümüzdəki dövrdə bir çox istehsal üçün bir nümunə ola biləcəyinə diqqət çəkir. "Qara dul" mərkəzli filmin hadisələrinə qatılaraq maraq oyadan Cohanssonun hamilə olduğu və sağlamlıq səbəbi ilə bu qərarı aldığı ortaya çıxıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə