Məşhur modeldən ağılları alan pozalar

“Survivor” yarışması ilə öz adını kütləyə tanıdan Miss Türkiyə 2013-ün üçüncüsü ola Ezgi Avcı, bikini ilə çəkdiyi çimərlik pozalarını "İnstaqram"da paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bodrumda tətildə olan Miss Türkiyə 2013-ün üçüncüsü Avcıya, bikinili çəkilişləri üçün təriflər yağıb. Modelin şəkillərinə qısa zamanda minlərlə bəyənmə gəlib. Yeni imicini nümayiş etdirən Avcı izləyicilərindən birinə formada qalmasının sirrini belə açıqlayıb: “Gündə 10 min addım atıram. Dietama diqqət yetirərkən, zaman-zaman kiçik qaçışlar edirəm”. Ezgi Avcı, daha sonra paylaşdığı pizzalı fotoşəkili ilə qaçış deyəndə bunu nəzərdə tuturam deyib.

Avcı bir əvvəlki açıqlamasında bunları deyib: "Pandemiya əlbəttə ki, çətindir. Özümü və ailəmi təhlükədən uzaqlaşdırmaq üçün evdən kənarda vaxt keçirmirəm. Yalnız mənim kimi dostlarımla görüşürəm. Məşqlərimi və gəzintilərimi isə heç vaxt kəsmirəm”.

Ezgi Avcı, üç ildir birlikdə olduğu Monteneqro basketbolçusu Nemanja Drusirik ilə 2020-ci ilin iyun ayında evlənib. Xatırladaq ki, cütlük uzun müddətdir ki, ətrafda deyil. İndi isə Avcı, həyat yoldaşı ilə bütün paylaşımlarını sosial mediadan silib və tətilə gedib. Bu isə ağıllarda çaşqınlıq yaradıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə