Özündən 43 yaş kiçik sevgilisi ilə qovuşdu - TATLISƏS DİLƏ GƏLDİ

Məşhur müğənni İbrahim Tatlısəs bir müddət əvvəl özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir zaman sonra evlilik xəbəri yayılsa da, İbrahim Tatlısəs belə bir şey olmadığını deyib. İbrahim Tatlısəs aralarındakı əlaqələrin çox güclü olduğunu da həmçinin qeyd edib.

Xatırladaq ki, Tatlısəs bir müddət sevgilisinə həsrət qalıb. Hazırda o yenidən sevgilisinə qovuşub. Sevgilisi Gülçin Karakaya bu qovuşmağa "Gəldi könlümün əfəndisi” deyərək reaksiya bildirib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə