Bir neçə il öncə ATV telekanalına məhdudiyyət qoyan, musiqilərinin səslənməsini və adının hallandırılmasını yazılı şəkildə qadağa edən xalq artisti Nazpəri Dostəliyeva sözügedən kanalın jestini cavablandırıb. SİA-nın məlumatına görə, müğənni mətbuat əlaqələndiricisini vasitəsi ilə proqramda adını arzulamadığı şəkildə hallandıran telekanalı cavablandırıb: "Artıq bir deyil, bir neçə ildir ki, o kanalla heç bir şəkildə əməkdaşlıq etmirəm. Bu günlərdə eşidirəm ki, proqramlarının birində Nazpəri Dostəliyevanın adından anonslar səslənir. Kanal öz təbliğatını davam etdirib hansısa falçını təqdim edir, özü də necə təqdim etsə yaxşıdır- Nazpəri Dostəliyevanın qohumu kimi! Əvvəla o proqramın qonağı bacım Zeynəb Dostəliyevadır. Bir halda ki, proqrama çağırmısınız, niyə qonağa hörmətlə yanaşıb onun adını çəkmirsiniz? Niyə falçıları marka kimi Azərbaycan xalqına sırıyanda reklam kimi Nazpəri Dostəliyevanın adına ehtiyac duyursunuz? O adam mənim qohumum idisə, 10 il əvvəl mən o kanalda görünəndə sual verərdiniz, cavablandırardım! Üstəlik bacım proqramda oturub və deyir ki, əgər mən Nazpəri xanımın bacısıyamsa, bizim belə qohumumuz yoxdur!".
Nazpəri xanım kanalın bu addımını bir nəticə ilə qiymətləndirib: "Bu bir daha sübut edir ki, mənim adımın hallanması belə onlar üçün reytinqdir! Və onlar da bu ehtiyaca möhtacdırlar! Elin gözü tərəzidir, əgər mən bu kanal üçün qalmaqallar, ucuz reklamlar üçün vasitə olmamışamsa, abırsız açıqlamalarla maqazin gündəmini bəzəməmişəmsə, xalqım məni üzrlü hesab etsin, məqam düşəndə belə bulanıq söhbətlərin, mənasız anonsların şahidi olacaqlar! Bircə faktı qeyd edim... Yel qayadan heç nə aparmaz!".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB