Ozan Akbaba və Sinem Ünsalın baş rollarda oynadığı reytinqləri alt-üst edən "Uzak Şehir" serialı sezon finalı ilə ekranlara qısa ara verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdə Cihanın sirli ilk sevgisi Meryemi kimin canlandıracağı böyük maraq doğururdu. İddialara görə, serialda "Məryəm"ə həyat verəcək aktrisa Fahriye Evcendir. Məşhur aktrisanın "Məryem" obrazında seriala daxil olması ilə reytinqlərin necə dəyişəcəyi artıq müzakirə olunmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə