Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi

Türkiyədə "Spotify”dan ən çox qazanan sənətçilərin siyahısı təqdim edilib. SİA xəbər verir ki, Genç TG-nin məlumatına görə, 6-cı sırada Mabel Matiz var. Onun platformadan aylıq gəliri 201 min dollardır. Sezen Aksunun aylıq gəliri 206 min dollar olaraq hesablanıb. O, 5-ci sıradadır. Gülşen siyahıda 4-cü pillədədir. Aylıq qazancı 245 min dollardır. 3-cü pillədə reper Lvbel C5 var. O, "Spotify”da 327 min dollar qazanır. 2-ci yerdə Semicenk dayanır. Müğənninin aylıq gəliri 342 min dollardır. İlk pillədə isə reper Blok3-dür. Onun qazancı 348 min dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə