Məşhur aktyor Tom Kruz uşaqlarına qarşı biganəliyinə görə tənqid edilib. SİA "New York Post"a istinadən xəbər verir ki, o, verdiyi son açıqlamadan sonra "pis ata" adlandırılıb. Belə ki, Kann Film Festivalı zamanı jurnalistlər aktyordan qarşıdan gələn "Atalar Günü"nü necə keçirməyi planlaşdırdığını soruşub. "Yəqin ki, sadəcə əylənəcəyəm. Biz kino çəkirik, böyük sərgüzəştlərimiz var, əla vaxt keçiririk", - aktyor bildirib. Onun bu biganəliyi sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Aktyorun övladlarına qarşı biganə olmasında yeni sevgilisini günahlandıranlar da olub. Qeyd edək ki, Tom Kruz aktrisa Ana de Armas ilə eşq yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə