Zəlzələdə yaxınlarını itirən aktyor üsyan edib

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər bir çox vilayətdə böyük dağıntılara və minlərlə insanın həyatına son qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, türk aktyor Uğur Aslan ailə üzvlərinin bir çoxunun Hatayda dağıntılar altında olduğunu bildirib. Sosial media hesabında paylaşdığı videoda kədəri üzündə və sözlərində əks olunan məşhur aktyor çox pis günlər keçirdiyini ifadə edib. O bildirib ki, ailəsi, xüsusən də qardaşı, bibisi və bacısı oğlu xarabalıq içindədir: "Tək istəyim ən qısa zamanda təcili müdaxilə edilməsidir. Mən zaman-zaman qardaşım oğlu ilə əlaqə saxlaya bilirəm. Vəziyyət çox pisdir. Xahiş edirəm dəstək olun, mən deməyə başqa söz tapa bilmirəm. Çox çətin günlərdən keçirik. Bu, hamımız üçün bir sınaqdır. Ümid edirəm ki, hamımız bu imtahandan uğurla keçəcəyik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə