Zeynəb Dostəliyeva son mənzilə yola salınır - FOTOLAR

Ötən gün vəfat edən müğənni Zeynəb Dostəliyeva ilə vida mərasimi keçirilir. SİA xəbər verir ki, sənətçinin yaxınları, sevənləri və həmkarları bacısı, Xalq artisti Nazpəri Dostəliyevanın evinə toplaşıb.

Xalq artisti Nazpəri Dostəliyeva ötən gün vəfat edən bacısı Zeynəb Dostəliyeva ilə vida mərasimində jurnalistlərin suallarını cavablandırıb.

Sənətçi açıqlamasında hər şey üçün gec olduğunu söyləyib: “İstəməzdim qapı ağzında qalasınız. İki həftəyə yaxındır ağır xəstəliklə mübarizə aparırdı. Apardım xəstəxanaya. Amma sağ olsun həkimlər, çox çalışdılar, lakin gec idi. Özüm də bilirdim gecdir. Dünən mənə zəng vurdular ki, Nazpəri xanım, böyrəkləri sistemi qəbul etmir. Mən belə də bilirdim, ancaq əlimdən gələni etdim. Hər birinizə minnətdaram. Hər zaman mənə dəstək olmusunuz. Çox sağ olun”..

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə