Coni ilk dəfə mükafata layiq görüldü

Moskvada 27-ci Rusiya musiqi mükafatı “Qızıl qrammofon”un təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) 4 illik yaradıcılıq fəaliyyətində ilk dəfə “Titrı” hitinə görə birinci qızıl qrammofona layiq görülüb.

Müğənni bu mükafatın onun üçün çox dəyərli olduğunu və radioya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, mərasim Rusiya Radiosu tərəfindən 1996-cı ildən bəri keçirilir. Mükafat Rusiya musiqi sənayesində əsas mükafatlardan biri hesab olunur.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə