Sosial şəbəkələrdə Britni Spirsin öldüyü iddia edilib. SİA xəbər verir ki, son zamanlarda onun hesabında edilən paylaşımlar bu şübhəyə səbəb olub. Ötən günlərdə doğum gününü qeyd edən müğənninin yayılan videoda olmaması nəzərlərdən qaçmıyıb. Həyat yoldaşı Sam Asqarinin olduğu kadrlarda isə Spirsin səsi gəlsə də, sözügedən yazının başqa zaman qeyd edildiyi, sonradan videoya əlavə olunduğu bildirilib.

Əlavə olaraq müğənninin uzun müddətdir ki, jurnalistlər tərəfindən görüntülənməməsi, həmçinin, sosial şəbəkələrdə davamlı olaraq köhnə görüntülərin paylaşılması da şübhələri artırıb.

Bu ittihamlardan sonra ötən gecə Britninin hesabında yeni video paylaşılıb və onun həyat yoldaşı ilə Nyu-Yorka getdiyi bildirilib. İzləyicilər isə yenə də paylaşımların yeniliyinə inanmayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə