Beş ilə yaxındır Fatih İçməli ilə sevgili olan aktrisa və müğənni Öykü Gürman konsert vermək üçün getdiyi Fransanın paytaxtı Parisdə evlilik təklifi alıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni ona Eyfel qülləsinin qarşısında evlilik təklifi edən İçməliyə “Hə” cavabını vermişdi.

Öykü Gürman ötən axşam Kiprdə səhnəyə çıxıb. Səhnə öncəsi mətbuat mənsublarının suallarını cavablandıran Gürman “Buranı çox sevirəm. Burada çıxış etmək çox gözəldir. Mənim kifayət qədər dinləyicim var” deyib. 2022-ci ilin son günlərinə gəldiyini öz baxış bucağından dəyərləndirən müğənni “2022-ci il mənim üçün çox yaxşı keçdi. Həm aktyorluq, həm də musiqi baxımından layihələr həyata keçirdim, nişanlandım. Mənim üçün hər cəhətdən uğurlu il oldu” deyə bildirib.

Müğənni, jurnalistlərin "Evlilik tarixi dəqiqləşibmi?" sualına “Yayda evlənməyi düşünürük. Hələ dəqiq tarix məlum deyil, konsert və iş məsələlərindən asılı olaraq yayda İstanbulda toy edəcəyik" şəklində cavab verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə