"Paşinyan ciddi siyasətçi deyil" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Paşinyan ciddi bir siyasətçi deyil. Çünki dünən özünün dediyi "Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək "satqın" adlandıracaq, xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələcək" ifadəsini bir saat ərzində təkzib etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan əvvəlcə bildirdi ki, Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolumuz yoxdur: "Sonra isə radikal müxalifətdən qorxaraq geri çəkildi. Radikal müxəlifət onu devirməyə çalışır. Parlamentdə Paşinyanı devirə bilmirlər, çünki səsləri kifayət etmir. Hələ ki, mitinqlər baş verir. İkinci Qarabağ müharibəsindən sonra da Paşinyanı devirmək cəhdi alınmadı və uğursuz oldu. Lakin sui-qəsd və çevriliş planı halını istisna etmirəm. Biz istərdik ki, Paşinyanla dialoqlar davam etsin. Sülh sazişi məhz Paşinyanın dövründə imzalansın. Devirsələr belə yerinə gələcək olan şəxslə dioloqların sıfırdan başlanması yeni müharibəyə səbəb ola bilər. Ermənistan üçün vəziyyət daha gərgin və ağır hal alacaq".

Qönçə Quliyeva

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə