Biz Böyük Qayıdışa hər gün və sürətlə hazırlaşırıq - QHT RƏSMİSİ AÇIQLAD

"May ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şuşaya səfəri gözlənilən idi". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, cənab Prezident Şuşadan Azərbaycan xalqına müraciət etdi: "Prezident İlham Əliyev qeyd etdi ki, mən bu gün burada olmalı idim. "Ulu Öndərin ruhu şaddır. Şəhidlərimizin ruhu şaddır". Ölkə başçısının həm bölgə, həm də dünya üçün maraqlı olan açıqlamaları ilə diqqəti cəlb edib. Dövlət başçısının və Azərbaycanın birinci xanımının bu ərazilərə, xüsusilə Şuşaya hər səfəri bir daha Azərbaycan dövlətinin öz torpaqlarında olduğunu və burada quruculuq-abadlıq işlərinin davam etdirilməsini görtərir. Azərbaycan xalqı ilə birgə sevincini paylaşması deməkdir. Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı Füzulidə peşə liseyinin və mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib. Bu onu göstərir ki, biz Böyük Qayıdışa hər gün və sürətlə hazırlaşırıq. Bu bölgədə yeni şəhərlərin salınması, infrastrukturların qurulması ilə məşğuluq. Hər səfər zamanı biz yeni açılışları gördükcə qürur hissi yaşayırıq. Bu səfəri Böyük Qayıdışa hazırlığın tərkib hissəsi kimi dəyərləndirirəm".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə