Bu, Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir - EKSPERT DANIŞDI

"Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya və Füzuliyə səfərləri çox böyük əhəmiyyətə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktorunun müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, ölkə başçısının və Birinci xanımın hər işğaldan azad edilmiş torpaqlara səfərlərini, orada aparılan quruculuq-bərpa işləri ilə yaxından tanış olmalarını, yeni infrastruktur obyektlərinin, sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələrini hər bir azərbaycanlı qüruru hissi ilə qarşılayır: "Biz bütün dünyaya göstəririk ki, öz tarixi torpaqlarımıza, ata-baba yurdumuza sahib çıxırıq. Həmin əraziləri işğaldan azad etdikdən dərhal sonra orada təmir-bərpa işlərinə başladıq. Baxmayaraq ki, Azərbaycan ağır müharibədən çıxıb, xeyli maliyyə sərf edib amma Azərbaycan dövləti öz gücü ilə nəhəng infrastruktur layihələrini qurur. Bu Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir. Bu prosesin sürətlə irəliləməsi həm də Böyük Qayıdışın tezləşməsinə imkan yaradır. Bu ərazilərdən vaxtilə didərgin düşmüş soydaşlarrımız tezliklə öz ata-baba yurdlarına qayıdacaqdır.

Bu səfərlər həm də onu göstərir ki, bu ərazilərlərdə aparılan bərpa-quruculuq işləri birbaşa dövlət başçısının nəzarətindədir. Həm Azərbaycan Prezidenti, həm də Birinci xanım Mehriban xanım Əliyeva bu prosesi şəxsən öz nəzarətlərində saxlayır. Həm infrasrtuktur layihələri həyata keçirilir, həm sosial obyektlərin tikintisinə start verilir. Ölkə rəhbərliyi verilən tapşırıqlara birbaşa nəzarət edir, bu məsələyə böyük həssaslıqla yanaşırlar. Bu da ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanır. Həmçinin məcburi köçkünlər arasında rəğbətlə qarşılanır. Onlar da əmindirlər ki, tezliklə öz doğma yurdlarına qayıdacaqlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə