Ərazilərin minalardan təmizlənməsi ölkənin inkişafını sürətləndirəcək - POLİTOLOQ ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin sədrliyi ilə I rübün yekunlarına dair keçirilən müşavirədə qarşıda duran əsas məsələlərdən biri ərazilərin minalardan təmizlənməsi olduğu qeyd olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə minlərlə minaların basdırılması Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı inkişafını əngəlləyən əsas amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, müşavirədə ərazilərin minalardan təmizlənməsi prosesini sürətləndirmək üçün müasir texnologiyalardan da istifadə olunduğu vurğulanıb: "İlk növbədə, ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA, FHN və Müdafiə Nazirliyinin istehkamçı taburu genişmiqyaslı fəaliyyət həyata keçirir. Lakin tezliklə ərazilərin minalardan təmizlənməsi bir qədər çətindir. Çünki Ermənistan tərəfi həm 30 illik işğal dövründə, həm də torpaqlarımızı tərk edərkən kütləvi şəkildə minaları ərazilərə basdırıb".
Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən əldə olunan ərazilərin minalanmış xəritələri və sxemlərinin dəqiqlik nisbəti də 25%-dən artıq deyil: "Bu da Ermənistanın öz xislətinə sadiq qalaraq minalanmış ərazi xəritələrinin dəyişdirilməsi ilə bağlı sövdələşmədə də öz mənfur niyyətini nümayiş etdirdiyini göstərir. Digər məsələ isə əraziləri minalardan təmizləyərək keçmiş məcburi köçkünlərin doğma yurdlarından yerləşdirilməsidir. Bu, dövlətin mühüm prioritetlərindən biri hesab olunur.
Minaların təmizlənməsi ilə bağlı əsas məsələlərdən biri də insan resurslarından istifadədə onların peşəkarlığının artırılması üçün müxtəlif təlim və seminarların keçirilməsi, təhlükəsizliyə riayət olunmasıdır. Digər ölkələrin təcrübəsindən də bu prosesdə geniş istifadə olunur. Bu sahədə böyük təcrübəyə sahib olan dövlətlərin həm humanitar əsaslarla yardımları, həm də əməkdaşlıq sisteminin gücləndirilməsi mühüm amildir.
Ərazilərin minalardan təmizlənməsi ölkəmizin dayanıqlı inkişafını sürətləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB