Minsk Qrupu münaqişənin nizamlanmasında iştirak etməyəcək - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Brüsseldə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müəyyən qərarlar alındı. Əsas iki qərar, delimitasiya ilə bağlı komissiyanın qurulması və XİN başçılarına sülh müqaviləsinin hazırlanması ilə bağlı tapşırığın verilməsi idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, digər tərəfdən Ermənistan Baş naziri Nikol Paşinyan görüşdən sonra bəyan edib ki, Fərrux zirvəsi ilə bağlı məsələ sülhməramlılara aid olduğuna görə bunu Rusiyanın iştirakı ilə müzakirə edəcək: "Düşünürəm ki, Moskva səfərində Paşinyan bütün bu üç məsələni müzakirə edəcək, Rusiyanın bunlara baxışını öyrənəcək, Rusiyasız nə qədər və necə hərəkət edə biləcəyini müəyyənləşdirəcək".

Politoloq sözlərinə davam edərək həmçinin belə qeyd edib ki, böyük ehtimalla Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar davam edəcək: "Rusiya isə bu danışıqlara kənardan müdaxilə edəcəkdir. Məlumdur ki, ATƏT-in Minsk Qrupu artıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya ilə birlikdə iştirak etməyəcək. Buna əsasən deyə bilərik ki, Minsk Qrupu hal-hazırda öz fəaliyyətini dayandırıb".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə