Azərbaycan xalqı Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının əhali sayı 10 milyona çatmışdır və əhali sayına görə Azərbaycan böyük ölkələrdən birinə çevrilərək idarəetmə strukturunda yeniliklər edilməsinə çox böyük ehtiyac var idi. Bununla da Azərbaycanda Birinci Vitse-Prezidentlik institutu yaradıldı”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Birinci vitse-prezidentliyə Mehriban xanım Əliyevanının təyin edilməsi olduqca önəmli və düzgün qərar idi: “Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə fəaliyyətində topladığı təcrübə dövlət idarəetmə məsələlərində istifadə etmək üçün çox yaxşı bir imkan yarandı. Bu müddət ərzidə Mehriban xanım Əliyeva ilk növbədə humanitar məsələlərə nəzarət etməyə başladı. Səhiyyə, təhsil, elm, mədəniyyət və digər sahələrin fəaliyyətində yeniliklər yaranmağa başladı. Azərbaycan beynəlxalq aləmdə özünün bu istiqamətlərlə bağlı apardığı işlərdə geniş tanınmağa başladı. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı daha ciddi addımlar atıldı. Minimum əməkhaqqı artırıldı, ünvanlı sosial yardımın məbləği artırıldı. Çoxuşaqlı ailələr dövlət nəzarəti altına götürüldü. İlk növbədə şəhid ailələrinə, müharibə iştirakçılarının ailələrinə diqqət artırıldı.

Mehriban xanım Əliyeva 44 günlük müharibə zamanı və müharibədən sonra xalqımızın yanında olmuş, onlara hər cür köməyin göstərilməsi üçün müvafiq addımlar atmışdır. Mehriban xanım Əliyeva daima cənab Prezident İlham Əliyevlə birgə işğaldan azad edilmiş ərazilərə səfərlər etmiş, həmin ərazilərdə həyata keçirilən layihələrin təməlqoyma mərasimlərində yaxından iştirak etmişdir. Azərbaycan xalqı Mehriban xalqının fəaliyyətini müsbət qiymətləndirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə