"Türkiyə ilə münasibətlərin düzəlməsi Paşinyanın uşaqlıq arzusudur" - POLİTOLOQ AÇIQLADI
"Paşinyanın özü bildirib ki, Türkiyə ilə münasibətlərin düzəlməsi və yeni mərhələyə qaldırılması onun arzusudur". Bunu SİA-ya açıqlamasında Politoloq Qabil Hüseyn deyib.

Politoloq qeyd edib ki, hətta erməni müxalifəti onun bu fikirlərini ələ salaraq bildirirlər ki, bu, Paşinyanın uşaqlıq arzusudur: "Həqiqətən də Türkiyə ilə münasibətlərin qaydaya salınması və səfirlik səviyyəsində diplomatik münasibətlərin yaradılması Ermənistan üçün çox böyük əhəmiyyəti var. Lakin bundan əvvəl Azərbaycanla münasibətləri tənzimləməli və qaydaya salmalıdır. Çünki Azərbaycanla münasibətlər düzəlməsə Türkiyə ilə əlaqələri bərpa etmək mümkün olmayacaq. Nəzərinizə çatdırım ki, bu fikirlər diplomatik dillə deyil, açıq formada hər zaman erməni tərəfinin diqqətinə çatdırılır. Paşinyan Türkiyəyə getsə Türkiyə rəsmiləri ilə görüşmək imkanı əldə edəcək. Paşinyan Antalya səfərini Türkiyə və Ermənistan münasibətlərinə yeni bir töhfə verəcəyini nəzərdə tutaraq bu səfərin imkanlarından maksimum istifadə etməyi planlaşdırır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə və ya Azərbaycanla münasibətləri düzəltməyə çalışsa görüşdə bununla bağlı müxtəlif mözvular yer alacaqdır".
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB