“Ermənistanın nümayəndə heyətinin Türkiyəyə səfəri və diplomatik sammitdə iştirak etməsi tarixi bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu günə qədər Ermənistanla Türkiyə arasında heç bir diplomatik əlaqələr olmayıb: “Həmçinin Ermənistanla Türkiyə arasında qondarma soyqırım məsələsi ilə bağlı gərginlik yaşanmışdır. Digər tərəfdən isə Qarabağ məsələsi ilə bağlı Ermənistanın tutduğu qeyri-adekvat mövqeyi idi. Biz bir il öncə bunu ağlımıza belə gətirə bilməzdik ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri Türkiyədə görüşüb Azərbaycan-Ermənistan arasında olan münaqişənin həllinə çalışacaqlar. Təbii ki, Minsk Qrupu formatı çərçivəsində də məsələlərin davam etdirilməsi üçün dünyada təzyiqlər davam edir. Heç düşünməzdik ki, Minsk Qrupunun monopoliyasına son qoyulacaq və istədiyimiz kimi Türkiyə də prosesin daxilinə birbaşa qoşulacaq. Artıq bu gün Türkiyə öz ərazisində Azərbaycanla Ermənistan nümayəndə heyətinin görüşünü təşkil edir. Demək ki, artıq yeni bir platforma var. Bu platformanın başında da duran Türkiyə dövlətidir. Bu çox sevindirici bir məsələdir və hesab edirəm ki, artıq bu cür prosesin gedişi həm də Ermənistanı həqiqətləri qəbul etməsinə vadar edəcək. İştirakçı bir dövlət kimi həm Azərbaycanın maraqlarını qoruyacaqdır, həm də Ermənistana başa sala biləcək ki, qonşu dövlətlərlə müharibə etmək əvəzinə dinc dostluq münasibətində yaşamaq lazımdır. Bu həm də Ermənistanın özünün iqtisadi inkişafı üçün vacibdir.
Təsadüfi deyil ki, bu proseslərin nəticəsi olaraq Ermənistanda prezidentliyə namizəd olan V.Xaçatryan prezidentlik vəzifəsinin yanlız sənədləri təsdiq etmək olmadığını, həm də qonşularla müharibə etmək əvəzinə dostluq yaratmaq lazım olduğunu qeyd edib. Yəni Ermənistanın yeni prezidenti olacaq şəxs Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olmayacaq. Türkiyə Azərbaycanla Ermənistan arasında vasitəçi kimi iştirak edə bilər. Bu məsələnin özü-özlüyündə baş verməsi nəinki tarixi hadisədir, həm də regionun inkişafı üçün mühüm rol oynayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB