" Azərbaycan və Ermənistan münasibətləri o zaman tənzimlənə bilər ki,..." AÇIQLAMA
"Türkiyənin təşəbbüsü ilə keçiriləcək Antalya forumunda Ermənistanın iştirak edib-etməməsi ilə bağlı qəti mövqe yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq, Azərbaycanın Milli İstiqlal Partiyasının mərkəzi şurasının sədri Rəşad Bayramov deyib.
Rəşad Bayramov bildirib ki, düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan həmin görüşdə iştirak etmək niyyətini bildirib: "Lakin eyni zamanda onu da qeyd edib ki, əgər həmin vaxta qədər Türkiyə və Ermənistan arasında olan danışıqlarda müsbət nəticələr və tendensiyalar davam edərsə, o zaman iştirak etmək niyyətindədir. Bu isə faktiki olaraq şərt qoymaq kimi qiymətləndirilir. Başqa sözlə Paşinyan demək istəyir ki, hər hansı bir qeyd-şərt olmadan, yəni tələb irəli sürülmədən danışıqlar davam etdirilsin. Yəni, şərtləri qəbul etmədən münasibətlərin düzəlməsini istəyir. Türkiyənin indiyə qədər irəli sürdüyü fikirlərdən və bəyanatlardan geri çəkiləcəyini düşünmürəm. Bu baxımdan, həmin tədbirdə Paşinyanın bu bəhanələrdən əl çəkib qatılada bilər. Düşünürəm ki, Paşinyan hər nə qədər bu cür şərtlərlə çıxış etsə də, bu, daha çox daxil auditoriyaya hesablanmış bəyanatlar idi. Antalya forumda Azərbaycan və Ermənistanla bağlı irəliləyişlərin olması Ermənistanın konkret mövqeyindən asılı olan məsələdir. Çünki Azərbaycanın şərtləri ortadadır. Azərbaycan sərhədləri demorkasiyası və delitimasiyası eləcə də, ölkələrin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sülh sazişinin imzalanmasını tələb edir. Azərbaycan tərəfi Ermənistandan tələb edir ki, şərtlər ardıcıl olaraq həyata keçirilsin, o zaman Azərbaycan və Ermənistan münasibətləri tənzimlənə bilər. Ermənistanın müsbət addımlar atması həm, 3 tərəfli bəyanatlarda öz əksini tapıb. Rusiyada və Soçidə keçirilmiş görüşlərdə tərəflərin mövqeləri ortadadır. Lakin faktiki olaraq görünür ki, bu günə qədər hələ də irəliləyişə nail olunmayıb. Ermənistan ortaya şərtlər atmaqla prosesi uzatmaqla məşğul olur. Bu baxımdan, Türkiyədə keçiriləcək ehtimal olunan görüşlərdə də hər hansı irəliləyişin olacağını düşünmürəm. Bu, proseslərin sürətlənməsi və irəliləməsi Ermənistanın mövqeyindən asılıdır. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcəksə, o zaman əlaqələr də düzələr. Ermənistan bu kimi tədbirləri sadəcə vaxt uzatmaq üçün quru bəyanatlar verərək özü üçün şərait yaratmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB