"3+3" platforması regionda mühüm əhəmiyyət kəsb edəcək -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“3+3” formatı Türkiyə və Azərbaycanın birgə təklifi idi. Müharibədən sonra regionda böyük əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Kommunikasiyanın açılmasından sonra regional əlaqələr yaradılacaq, xüsusilə bu əlaqələr iqtisadi yönümdə olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, bu plaforma əlaqələrin qurulmasında bir növ əhəmiyyətli və qərarverici rol oynayır: “İlk görüş tanışlıq xarakteri daşıyaraq Moskvada keçirildi. İkinci görüşün isə Türkiyədə keçirilməsi nəzərdə tutulur. İkinci görüşün Türkiyədə keçirilməsinin bir sıra siyasi əhəmiyyəti var. Bu görüşdə müəyyən addımlar atılaraq planlar həyata keçiriləcək. Belə bir qərarların məhz Türkiyədə qəbul olunmasının əhəmiyyəti var. Ermənistanın bu görüşdə iştirak etməsi, eyni zamanda Azərbaycan və Ermənistan tərəfinin münasibətlərinə də təsir edəcək.

Ümumilikdə “3+3” formatı müharibədən sonrakı realıqların siyasi platforma şəklində formasıdı. Bu formata gələcəkdə çox güman ki, Gürcüstan da qoşulacaq. Bununla bağlı olaraq Gürcüstan siyasətçiləri bir sıra mesajlarda verir. “3+3” formatı bir sıra əhəmiyyət kəsb etməsi ilə yanaşı digər tərəfdən bütün problemlərin bu format çərçivəsində həll olunması baxımından mühümdü”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə