Ermənilər hələ də yuxudan ayıla bilməyib -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Ermənistanda baş verənlərin əsası 30 il əvvəl qoyulub. Azərbaycan torpaqlarını vaxtı ilə işğal etməsəydilər bu gün Ermənistan dövlətçiliyində tamamilə başqa proseslər müşahidə oluna bilərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, bunların hər biri gələcəkdə Ermənistan üçün daha da faciəvi günlərin baş verəcəyinə işarətdi: “Azərbaycan xalqına 30 ildən artıq bir müddətdə zülm etmiş ermənilərə 44 gün ərzində bir daha başa saldıq ki, heç kim bizlə işğal dilində danışa bilməz. Lakin hələ də bəzi ermənilər qəflət yuxusundan ayılmayıb. Onlar saxta arzular və ümidlərlə yaşayırlar. Armen Sarkisyanın istefası, yuvada gizlənməsi və s. bu kimi hadisələr onu göstərir ki, onların Azərbaycan torpaqlarında qurduğu dövlət gələcəkdə bundan da pis vəziyyətə düşəcək. Təbii ki, Azərbaycan dayanmadan Ermənistanla bağlı strateji planlar həyata keçirir. Nikol Paşinyan demək olar ki, regional idarə etmədən tutmuş hakimiyyətin ayrı-ayrı bölmələrinə qədər bütün istiqamətlərdə öz adamlarını hakimiyyət postlarına təyin etməkdədi. Əlbəttə ki, Paşinyanın qarşısında müəyyən müxalifyönümlü qurumlar var ki, onlar öz məkrli planlarını həyata keçirmək istəyəcəklər. Lakin Nikol Paşinyan bir çox dövlətlər tərəfindən dəstəklənir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə