Sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb - DEPUTAT ŞƏRH ETDİ

"Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hər zaman vətəndaşlarının məmnunluğuna istiqamətlənmiş siyasət yürüdür və yürüdülən siyasətin mərkəzində Azərbaycan vətandaşının rifahı dayanır". Bunu SİA-ya açıqlamasında Deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, vətəndaşların sağlamlığı, sosial müdafiəsinin güclənməsi dövlətin əsas diqqət mərkəzindədir: "Əlbəttə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə hər il çox geniş tədbirlər həyata keçirilir. Ölkəmiz gücləndikcə bu mövzu ilə əlaqədar geniş islahatlar aparılır. Son 3 il ərzində 2019-cu ildən başlayaraq bu islahatların coğrafiyası da genişləndirilib. Prezident Cənab İlham Əliyevin və o cümlədən birinci vitse-prezident Mehriban xanım Əliyevanın da tapşırıqları ilə məhz ölkədə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş bir sıra önəmli və vacib addımlar atılmışdır.

Xüsusən vurğulamalıyam ki, həssas təbəqədən olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi və onların reabilitasiyası, müalicəsi istiqamətində bir çox işlər görülüb. Diqqətə çatdırım ki, şəhid ailələri və qazilərə göstərilən diqqət qayğı hər kəsin göz qabağındadır və dünyanın heç yerində bu cür yardımlar edilmir. Onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması, müalicəsi və sosial yardım miqdarının artırılması minik avtomobillərinin verilməsi məhz Azərbaycan dövlərinin prioritetlərindəndir. 2018-cı ildə şəhid ailələrinin üzvlərinə, o cümlədən müharibə əlillərinə 626 mənzil verilmişdirsə, bu rəqəm 2019-da 934, 2020-də bu rəqəm 1572 yüksəlmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin yanvar ayında imzaladığı sərəncama əsasən 2021-2025-ci illər ərzində şəhid ailələri üzvlərinə, o cümlədən müharibə əlillərinə 11 min şəxsə fərdi ev və ya mənzillərlə təmin olunması öz əksini tapmışdır. 2021-ci ildə artıq sərəncamın icrasının birinci ilində 3 min fərdi evlərin və ya mənzillərin şəhid ailələrin üzvlərinə və müharibə əlillərinə verilməsi təmin edilmişdir. Ümumilikdə bugünə qədər bu kateqoriyadan olan şəxslərə 12300 mənzil və ya fərdi ev verilmişdir. Eyni zamanda 2021-ci ildə müharibə əlillərinə 164 minik avtomobili verilib ki, ümumilikdə bugunə kimi bu rəqəm 7400 təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən məhz şəhid ailələrinin üzvləri və müharibə əlillərinin onların sosial müdafiəsinin güclənməsi və sağlamlığı istiqamətində də mühüm addımlar atılıb. Müharibə əlilləri ən yüksək standartlı və keyfiyyətli protezlərlə təmin olunur. Onların müalicəsi həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirilir. Onların reabilitasiyası istiqamətində çox mühüm və vacib işlər görülür. Bu istiqamətdə görülən işlərin həcmi günbəgün artmaqdadır. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin oktyabr ayının 16-da əhalinin sosial müdafiəsinin və əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalandı. Bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində imzalanmış digər sərəncamlar sırasında ölkədə 2,1 milyon insan bu sərəncamla əhatə olunmuş ödənilən əmək haqqılar, sosial müavinətlər, ünvanlı sosial yardımlar, təqaüdlər və digər sosial ödənişlərin həcmi 20-40 faiz arasında qaldırılmış ümumillikdə sərəncamın icrasını təmin etmək üçün illik 1,5 milyard manat vəsait ayrılmışdır.

Ümumilkdə 2019-2021-ci illər ərzində imzalanmış sərəncamlara görə illik əlavə olaraq vətəndaşlarımıza 6 milyard manat vəsait ödənilməkdədir. Eyni zamanda Dost mərkəzləri vasitəsi ilə vətəndaşlarımızın müraciətləri operativ şəffaf və yüksək səviyyədə innovativ üsullarla həyata keçirilir. Dost mərkəzlərinə müraciətlərin məmnunluq faizi 98,2 faiz təşkil edir. Həmçinin 7942 şəhid ailələrinin üzvləri və müharibə veteranlarının üzvlərinə 15841 sosial ödəniş təmin edilmişdir. Eyni zamanda 2515 müharibə iştirakçısına da əlillik verilmişdir. Bugünədək bu kateqoriyadan olan insanlara 10 minə qədər şəxsin məşğulluğu dəstək olunmuş, o cümlədən onlardan 6 mini özünə məşğulluq proqramı ilə əhatə olunmuşdur. Dünyada baş verən qlobal hadisələr xüsusilə son iki ildə koronavirus pandemiyasının dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, o cümlədən Azərbaycan müharibə keçirmiş ölkə kimi dayanıqlı iqtisadi inkişaf siyasəti yürütməklə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları əsasında Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə