Azərbaycanın maraqlarına xidmət edən görüşlər keçirildi - MÜNASİBƏT BİLDİRİLDİ

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Həmin görüşdə biz bir daha cənab Prezidentin xarici siyasətinin, diplomatiyasının uğurunun şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bu görüşdə cənab Prezident İlham Əliyevin arxasında durduğu məsələlər müzakirə olundu: “Xüsusilə də tərəflər arasında keçirilmiş, 26 noyabr keçirilən Soçi görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müəyyən müzakirələr aparıldı. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin fəaliyyətə başlanması istiqamətində də müəyyən fikirlər qeyd edilib. Bu görüşdə Avropa İttifaqı regiona iqtisadi baxımdan dəstək göstərəcəyini bildirib. Əslində bu yaxşı bir haldır. Ümumiyyətlə regionun, işğaldan azad olmuş ərazilərin bərpası, yenidənqurulması ilə bağlı iqtisadi dəstəyin göstərilməsi həmin ərazilərin daha tez bir müddətdə inkişaf etməsinə köməklik göstərəcək.

Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan artıq müharibə və qarşıdurma siyasətini bağlayıb və sülhə doğru addımlayır, sülhü təbliğ edir.

Şarı Mişel ilə üçtərəfli görüşədən sonra cənab Prezidentin Nikol Paşinyan ilə təkbətək görüşü böyük diqqət çəkib. Bu haqda geniş məlumat yayılmasa da düşünürəm ki, bu görüşdən müəyyən bir razılaşmalar əldə olunub. Bunu sonrakı bəyanatlarda görəcəyik. Ümumiyyətlə bu görüşün təşkil olunması danışıqların müsbət yöndə irəlilməsinə təsir göstərəcək. Həmçinin Azərbaycanın maraqlarına xidmət edən görüşlər keçirildi”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə