Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, ermənilər ağır cinayətlər törədib: “Soyqırım, terror, işğal, separatizmlə məşğul olub və qadağan olunmuş silahlardan istifadə etmişdir. İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrini vermədilər. Əvvəl mina xəritələrini verməkdən boyun qaçırırdılar və deyirdilər ki, bizdə xəritə yoxdur. Biz də açıq şəkildə bəyan etdik ki, mina xəritəsiz basdırıla bilməz. Hərbidə digər işləri qeyri-peşəkarlar hayata keçirsə də minalarla ancaq peşəkarlar işləyə bilər. Ona görə ki, xəritə olmasa öz hərbiçiləri də minaya düşə bilər. Həm də xəritə 3 nüsxədən ibarət olur. Biri hərbi hissədə, biri birləşmənin qərargahında, digəri isə baş qərargahda yəni Müdafiə Naziliyində olmalıdır. Ermənilər sonra etiraf etdilər. Ağdamda 97 min minanın və Zəngilan istiqamətində basdırılmış mina xəritələrini verdilər. Ancaq bu da tam deyildi. SSRİ dönəmində ən böyük mina zavodlarından biri İrəvanda idi. Ermənilər də həm insan, həm də tank əleyhinə olan bu minaları gətirib işğal etdikləri ərazilərə yerləşdirdilər.

Ermənistan həmçinin 9 noyabr bəyanatına əməl etməkdən boyun qaçırır. Azərbaycanlılar ermənilərin cəsədlərini geri qaytardılar, əsirlərini qaytardılar, ermənilər isə mina xəritələrini qaytarmadılar. Azərbaycan özü Minatəmizləmə Agentliyi yaratdı. Cənab Prezident bu agentliyin yaradılması üçün böyük vəsait ayırdı. Müdafi Nazirliyində iki hərbi hiss yaradıldı. Qardaş Türkiyə də bizə dəstək oldu. İsraildən müasir texnologiyalar gətirildi. ABŞ mina axtaran itlərini bizə verdi. Dünyanın bir çox yerlərində münaqişələr, müharibələr olan ərazilərdə hələ uzun müddət minadan əziyyət çəkənlər olur, mina qurbanları olur. Təəssüflər olsun ki, bu proses bizdən də yan keçmir. Azərbaycan dövləti təkcə minaları ərazidən təmizləmir, həm də həmin ərazilərdə aeroportların tikilməsinə, yolların çəkilməsinə, strukturların qurulmasına nəzarət edir. Bu işləri paralel aparır. Ancaq maksimum da çalışır ki, tez bir zamanda minalanmış ərazi təmizlənsin. Həmin ərazilər həm geniş, həm də müxtəlif relyefli ərazilərdir. Burada işləmək çox çətindi, ancaq biz dövlət olaraq bu işin öhdəsindən tez bir zamanda gəlməyə çalışırıq. Hərbiçilər də, mülki əhali də maksimim diqqətli olmalıdırlar. Lakin xəritələr olmadan bu prosesdən itkisiz çıxmaq olmur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...