Onlar ermənipərəst mövqedə iştirak etmələrini gizlətmirlər - MÜNASİBƏT BİLDİRİLDİ

"Bildiyiniz kimi dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək" Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli qeyd edib.

Onun sözlərinə görə, Soçidə keçirilən üçtərəfli görüşdən sonra bu görüş formal xarakter daşımağa başlayıb: "Bu yerlərdə dominant güc Rusiyadır. Artıq Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşkilatçılığı ilə həm Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirilib. Bu görüşdə sülh yaratma prosesinin bir çox məqamlarının həlli barədə ümumi razılığa gəlinib. Düzdür, Avropa Birliyi Cənubi Qafqaza müdaxilə etmək istəyir, yəni bu proseslərdə iştirak etmək istəyir. Həm də onlar ermənipərəst mövqedə iştirak etmələrini gizlətmirlər. Ona görə də düşünmürəm ki, Belçikanın Brüssel şəhərində keçiriləcək görüşdə iki respublika arasında həyati əhəmiyyətə malik olan prinsipial məsələlər müzakirə ediləcək. Həmçinin düşünmürəm ki, hansısa sənədlər imzalansın. Bu mümkün deyil. Artıq proseslər Rusiya prezidenti Vladimir Putinin moderatorluğu ilə həyata keçirilir və güman edirəm ki, bu məsələlər sona qədər də belə olacaq. Rusiya Avropa İttifaqından xüsusilə ABŞ-dan ehtiyyat edir və Cənubi Qafqaza buraxmaq istəmir. Onları və onların yaratdıqları ATƏT-in Minsk qrupunu buraxmaq istəmir. Məncə görüşdəki hadisələr bu məcrada cərəyan edəcəkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...