"Ağdama səfər edən insanlar diqqətli və ehtiyyatlı olmalıdırlar" - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

"Ağdam rayonu minalardan təmizlənsə də digər işğaldan azad olan rayonlarımızda yaşayış məntəqələrinin ərazisinin minalardan təmizlənməsi ilə bağlı məsələ isə hələ gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, qarşıda hələ ərazilərin tam minadan təmizlənməsi prosesi yekunlaşmayıb. "Bu istiqamətdə həm hərbi birləşmələrin yəni hərbi təyinatlı mina təmizləmə işləri davam etdirilir, həm də humanitar təyinatlı yəni ANAMA agentliyi bu prosesi icra edir. Ümid edək ki, qarşıdan gələn illərdə ümumiyyətlə minalardan təmizləmə prosesi uğurla yekunlaşsın. Mən vacib bir məsələni diqqətinizə çatdırım ki, çox vacib ərazilərdə və məntəqələrdə mina təmizləmə işləri yekunlaşsa da amma tam olaraq minalardan təmizləmə prosessi hələ yekunlaşmayıb. Bu məsələ həm də Ağdam rayonuna aiddir. Bu baxımdan da Ağdama səfər edən insanların olduqca diqqətli və ehtiyyatlı olmalıdırlar. Əks təqdirdə müəyyən problemlərlə üzləşə bilərlər".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə