"Hər ilin başında parlament seçkisi keçirilmir" - PARTİYA SƏDRİNDƏN REAKSİYA

“Bu gün parlamentin buraxılması üçün heç bir əsas görmürəm. Bir il bundan qabaq yeni parlament seçkisi keçirilib və insanlar seçilib. Artıq hər ilin başında parlament seçkisi keçirilmir. Mənə belə gəlir ki, bunların hamısı şayiədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, belə bir məsələnin müzakirə olunmasına və hökumətdə belə bir idea olmasına da inanmıram: “O baxımdan, bunlar şaiyədir. Bu gün refendumun keçirilməsi böyük bir məsələdir. Bunun üçün ictimai dinləmə və cəmiyyətin hazırlanması lazımdır”

Deputat sözlərinə belə davam edib: “Konkret mövzular ortaya qoyulmalıdır ki, “hansı məsələlər üzrə referendum keçirilə bilər?” Bu, cəmiyyətdə ciddi şəkildə müzakirə olunmalıdır. Amma hələ ki, belə bir müzakirə yoxdur. Mən yaxın zamanda referendumun keçirilməsi ilə bağlı hər hansı bir qərarın ola biləcəyinə inanmıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə