"Ermənilər şərləmək üzrə ixtisaslaşıblar" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənilər tarixən təxribatçı olublar. Adətən onlar həmişə etno-koorperasiya olduğuna görə hansısa dövlətlərin daxilində həmin dövlətlərin siyasətini həyata keçirmək üçün vasitə olublar. Ermənilər şərləmək üzrə ixtisaslaşıblar. Eyni zamanda da həmin ölkənin içərisində satqınlıqla məşğul olublar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bütün tarix boyu ermənilərin məhz Balkanlardan bugünkü Azərbaycan ərazisinə gəlib çıxmasına qədər tarixən nəzər salsaq bunun hamısı görünər: “Bu gün də onlar xislətinə uyğun olaraq həmin siyasəti davam etdirirlər. Təbii ki, ermənilər bu məsələni özbaşına etmirlər. Ermənistanı dəstəkləyən bir növ Qafqazda təxribat törtəməyə maraqlı olan dövlətlər var. Burada mən Rusiya və İranın səmimiliyinə inanmıram. Hər iki dövlət siyasi cəhətdən həddindən artıq “sürüşkən” dövlətlərdir. Bunlar öz maraqlarını yox, ümumiyyətlə Azərbaycana qarşı ikisi birlikdə fəaliyyətdə olublar. Bu gün də onlar öz çıxarlarına uyğun hərəkət edirlər. Bu haradasa siyasi cəhətdən qəbul oluna bilərdi. Paşinyan bu məsələdə çox ağıllı taktika seçib. O, bir tərəfdən bölgədə Rusiyanı hörmətdən salır, digər bir tərəfdən ABŞ və Fransanın maraqlarına uyğun hərəkət edir. O biri tərəfdən İranı çox ustalıqla aldadır və ondan yararlanır”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Paşinyan Qarabağda uduzub: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də qeyd etdiyi kimi, kimin hansı fikirdə olmasına baxmayaraq, bu Azərbaycanın qələbəsidir. Müəyyən torpaqlarımızda hələ Azərbaycan bayrağı dalğalanmasa, belə Ermənistan kapitulyasiyanı qəbul edib. Amma Paşinyan da çox gözəl başa düşür ki, Qarabağda təkrar uduzmaq onun siyasi sonudur. Ona görə də o, məhz sərhəddə təxribatlar törədir. Bu təxribatlar Ermənistana yaxın olan Zəngilan, Cəbrayıl və ya digər bölgələrdə deyil, məhz Kəlbəcərdədir. Burada bir neçə məqsəd var. Paşinyan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiyada ona olan təzyiqləri azaldır və eyni zamanda daxilə mesaj verir ki, mən hətta sərhəddə belə Azərbaycanın qarşısında dura bilmirəm. Biz sülh müqaviləsini bağlamalıyıq ki, Azərbaycan bizim sərhədlərimizi tanısın. Çünki bu sərhədlərin tanınması bu dəqiqə Ermənistana hava və su kimi lazımdır. Buradan da görünür ki, Paşinyan çox diversifikasiya olunmuş siyasət yürüdür. İnanıram ki, tezliklə Ermənistan Azərbaycan ilə sülh müqaviləsini imzalamaq məcburiyyətində qalacaq. Yoxsa, ikinci dəmir yumruq Ermənistanın başına ensə, artıq Ermənistanın dövlət kimi ayaqda qalması mümkünsüz olacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə