"Ermənistanın sərsəm bəyanatları ciddi qəbul edilmir" - ŞURA SƏDRİ AÇIQLADI

“44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağır məğlubiyyətə uğramasına baxmayaraq, ermənilər ibrət dərsi çıxarmaq əvəzinə əksinə yenə də köhnə adətlərini davam etdirirlər”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Anar Xəlilov bildirib ki, bu təxribatların davam etdirilməsini müxalif siyasi liderlərin və Paşinyanın verdiyi bəyanatlarda görürük: "Nikol Paşinyan demək olar ki, hakimiyyətə gəldiyi andan etibarən verdiyi bəyanatların heç biri ciddi qəbul edilmir. Paşinyan avantüra ilə məşğuldur. Ermənistan publikasına boş çağırış etmək istəyir. Səsləndiridiyi fikirlər publika üçündür. Hesab edirəm ki, Ermənistanın səsləndirdiyi sərsəm fikirlər Ermənistan publikasına da uyğun gəlmir. Ermənistan cəmiyyəti başa düşür ki, məğlubiyyətə uğrayıblar. İşğalçılıq siyasəti Ermənistanı acınacaqlı vəziyyətə salıb. Lakin, onlar düşdükləri acınacaqlı vəziyyətdən qurtulmaq əvəzinə sərsəm bəyanatlar səsləndirməyə davam edirlər. Biz son vaxtlar KİV-dən oxuyuruq ki, Paşinyan sərsəmləyir ki, Azərbaycan tərəfi kommunikasiya və iqtisadi əlaqələrin qurulmasına maneə olur. Artıq bütün dünya bilir ki, cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə Ermənistan cəmiyyətinə və dünyaya müraciət etmişdi ki, biz Ermənistanla iqtisadi əlaqələrin qurulmasına və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Lakin Ermənistan tərəfi bu çağırışların heç birinin cavabını verməyib. Ermənistan tərəfi əksinə susur və işğalçı niyyətini davam etdirir. Ermənistanın verdiyi bəyanatlar çox absurtdur. Görünür ki, düşdükləri ağır vəziyyətdən çıxmaq əvəzinə Azərbaycana qarşı işğalçılıq siyasətləri dəyişməyib. Ermənistan aldığı zərbədən nəticə çıxartmayıb. Qarabağ məsələsi həll olunub və torpaqlarmız işğaldan azad olunub. Kommunikasiya xətlərinin açılması məsələsi qalır. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. 10 noyabr aktında xüsusi maddə olaraq göstərilməsinə baxmayaraq, Ermənistan hələ də bu dəhlizin açılmasına maraq göstərmir. Üstəlik açmamaqla hədələyirlər. Zəngəzur dəhlizinin açılması region dövlətləri arasında iqtisadi əlaqənin qurulmasına kömək edəcək, həm də Naxçıvanı blokadadan çıxardacaq. Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşları əlaqəsi Ermənistanla kəsilməsin deyə Laçın dəhlizindən istifadə edirlər. Yeganə dəhliz Zəngəzur dəhlizidir ki, onun açılması üçün Ermənistan addım atmalıdır. Dünyanı çaşqınlığa salmaq üçün söylənmiş bəyanatlar bir şey ifadə etmir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə