“Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşırlar” - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

“Əlbəttə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın Azərbaycandakı səfirlərinin Qarabağa səfərdən imtina etmələri Azərbaycana qarşı qərəzli mövqe və ermənilərin qismən dəstəklənməsi kimi qələmə verilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, həmsədr ölkələrdən yalnız ABŞ nümayəndəsi məntiqsiz bir açıqlama ilə izah etdi ki, biz getmirik, getmədiymizin də səbəbini heç kimə demirik: “Amma burada bir məsələ var ki, onlar sanki Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşırlar. Digər tərəfdən əgər Rusiya sülhməramlı kontingentini Qarabağda yerləşdirirsə, Ağdamda monitorinq mərkəzi yaradırsa, onun səfiri Şuşaya getdi və ya getmədi nə fərqi? Digər tərəfdən sülhməramlı kimi əks tərəfdən də Ermənistanla Qarabağda iştirak etməsi nəyi dəyişərdi? Qarabağın 30 illik işğalı dövründə Ermənistan bir səfiri belə Qarabağa apara bilməmişdi. Amma biz 50 səfiri birdən apardıq. Bütün bunları onlar yavaş-yavaş qəbul edəcəklər. Amma bu kimi addımlar cavabsız da qalmamalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə