"Paşinyan stəkanda fırtına yaratmaq istəyir" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan Baş naziri Nikol Paşinyan öz köməkçisi Qagik İsaxanyanı Qarabağa göndərməsi başqa şeyə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, birincisi Paşinyan Moskvadan aldığı “siyasi resepti” həyata keçirməyə başlayıb: “Heç vaxt Ermənistan rəhbərliyindəki erməni xislətində olanlara inanmaq lazım deyil. Tarixən də sübut olunub ki, ermənilər istənilən vaxt xəyanət etməyə hazırdır. Paşinyan hal-hazırda çıxılmaz vəziyyətdədir. Ona görə də öz köməkçisini Qarabağa göndərib. İndiki zamanda Paşinyanın Qarabağa gəlməsi beynəlxalq qınağa səbəb ola bilər. Onun məqsədi hal-hazırda ona qarşı olan qüvvələri sakitləşdirməkdir”.

Politoloq sözlərinə davam edərək qeyd edib ki, ikincisi isə bu Azərbaycana da bir mesajdır: “Yəni siz istəsəniz-istəməsəniz də mən köməkçimi və yaxud da nazirlərimi Xankəndiyə göndərə bilərəm. Bu daha çox rus sülhməramlılarının öz məramına xidmət etməməyə dəlalət edir. Üçüncüsü də çalışırlar ki, Paşinyan öz ağlı ilə Azərbaycanda kiçik də olsa, stəkanda fırtına yaratmaq istəyir. İnanmıram ki, Paşinyan Azərbaycanla sülh müqaviləsini bağlayacaq. Çünki ona Rusiya icazə verməyəcək. Əgər Azərbaycan öz ərazisində 46 ölkənin səfirliyinin nümayəndəliyini aparırsa və buna Ermənistan tərəfi həmin ölkələrin İrəvandakı səfirliyinə nota verəcək qədər ağır cavab verib. Mən bu səfəri heç də xoşməramlı hesab etmirəm. Hər halda bunun tezliklə səsi çıxacaq. Bu bir növ həm Azərbaycana, həm Ermənistana, həm də Xankəndində yaşayan ermənilərə mesajdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə