Azərbaycan Mətbuat Şurası qadın jurnalistlər üçün yeni mükafat təsis edib
Azərbaycan Mətbuat Şurası qadın jurnalistlər üçün "İşıq" mükafatını təsis edib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, bu mükafat hər il yanvarın sonlarında qaliblərinə veriləcək. "İşıq" qəzetinin 100 il bundan öncə yanvarın 22-də işıq üzü gördüyünü deyən şura sədri vurğulayıb ki, mükafatlar həm jurnalistika ilə bağlı araşdırma sahiblərinə, eyni zamanda hazırda jurnalistikada çalışan qadın jurnalistlərə təqdim olunacaq. Artıq bununla bağlı Təşkilat Komitəsinin yarandığını deyən Ə.Amaşovun sözlərinə görə, bu il çox güman ki, mükafat ilin ortalarına kimi sahiblərinə veriləcək.
"Növbəti ildən isə hər il yanvar ayında bu mükafat qaliblərinə təqdim olunacaq. Azərbaycan Mətbuat Şurası son zamanlar mətbuatın inkişafında önəmli rol oynayan hadisələrlə, bu inkişafa töhfələr verən insanlarla bağlı mütəmadi olaraq tədbirlər keçirir. Son belə tədbir isə "İşıq" qəzetinin 100 illik yubileyi ilə bağlı idi", - deyə o əlavə edib.
Mətbuat Şurasının sədri Türkiyədə bir qrup jurnalistin həbs olunması məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, heç bir yazı və ya siyasi əqidəsinə görə, jurnalisti həbs etmək olmaz: "Çünki jurnalistlər baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırır. Əgər jurnalist həmin proseslərdə iştirak edirsə, bu zaman müəyyən müəmmalar yaranır ki, doğrudan həmin jurnalistlər proseslərdə iştirak edib, ya yox. Türkiyədə baş verən olaylarla bağlı biz də vəziyyəti izləyirik ki, onlar baş verən olaylarda həqiqətən iştirak ediblər, yoxsa baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB