Sabah paytaxtda “BakuTel-2010” sərgisi öz işinə başlayacaq

Sabah paytaxtda “BakuTel-2010” sərgisi öz işinə başlayacaq
2010-cu ilin 23-26 noyabr tarixlərində "Bakı Ekspo" Sərgi və Toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel-2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, bu sərgi "Beynəlxalq İKT Həftəsi" şüarı altında keçirilir. "BakuTel-2010" sərgisi Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla, dünyanın 16 ölkəsindən 115-dən çox şirkəti bir araya gətirəcək.

Qeyd edək ki, sərgi ilə əlaqədar bu gün mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə