Gəncədə səhər saatlarından etibarən seçici fəallığı müşahidə olunur
Gəncə şəhərində səhər saatlarından seçici fəallığı müşahidə olunur. SİA-nın qərb bürosunun saat 10.00-a olan məlumatına görə 37 saylı Nizami 1-ci Seçki Dairəsi üzrə 9 faiz, yəni 3 min 93 nəfər səsverəmədə iştirak edib. 38 saylı Nizami 2-ci Seçki Dairəsindən isə 10 faiz, yəni 2 min 522 seçici prosesdə iştirak edib.
39 saylı Kəpəz 1-ci Seçki Dairəsi üzrə isə seçici fəallığı 10 faiz təşkil edib ki, bu da 2 min 522 seçicinin səsverməsi deməkdir. 40 saylı Kəpəz 2-ci Seçki Dairəsindən isə 28 məntəqə üzrə 4 min 727 seçicinin səs verdiyi bildirilir. Başqa ifadə ilə desək sözügedən dairə üzrə səsvermə 11.63 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB