"ABŞ ilə İran arasında davam edən qarşıdurmanın, təbii ki, Cənubi Qafqaza müəyyən təsirləri ola bilər. Xüsusilə TRIPP layihəsi ilə bağlı proseslər fonunda İran tərəfindən Azərbaycana yönələn müəyyən təhdidlərin səsləndirildiyini görürük. Hesab edirəm ki, Azərbaycan bu məsələdə neytral mövqeyini qoruyub saxlamalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, təbii ki, mümkün təsirlərdən biri Zəngəzur dəhlizi ilə bağlı proseslərə müəyyən maneələrin yaradılması ola bilər: "Lakin ümumi mənzərəyə nəzər saldıqda görürük ki, Azərbaycan artıq Cənubi Qafqazda orta güc statusuna malik ölkədir.
Ümumiyyətlə, hesab edirəm ki, İranın regionda bu istiqamətdə təsir imkanları əvvəlki qədər güclü deyil. Azərbaycan baş verən prosesləri və mümkün riskləri nəzərə alır, eyni zamanda öz mövqeyini kifayət qədər neytrallaşdırılmış şəkildə formalaşdırır.
Cənubi Qafqaz həssas regiondur və hazırda burada yeni siyasi nizam formalaşır. İran isə uzun illər ərzində dəyişən geosiyasi reallıqları tam şəkildə qəbul etmək istəmir. Azərbaycan isə bu proseslər fonunda preventiv tədbirlər görür, qarşısıalınmaz risklərə belə hazırdır və baş verən prosesləri yaxından izləyərək onlara nəzarət etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB