Rumıniyanın “Digi24” televiziya kanalının internet səhifəsində Azərbaycanla bağlı material dərc edilib. Yazıda qeyd edilir ki, rəsmi Vaşinqtonun əsas məqsədlərindən biri Azərbaycanın regional nəqliyyat və iqtisadi şəbəkələrə inteqrasiyasını genişləndirməklə yanaşı, Ermənistanın təhlükəsizlik və suverenlik narahatlıqlarının beynəlxalq mexanizmlərlə balanslaşdırılmasını təmin etməkdir.
Analitiklərin fikrincə, strategiyanın əsas elementlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunmasıdır. Bu addım regionda ticarət dövriyyəsinin artmasına, logistika marşrutlarının şaxələndirilməsinə və Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər. Eyni zamanda, bu yanaşma regional iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə yönəlib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB