"Yüksək seçici fəallığı nəzərə çarpırdı" - DEPUTAT DANIŞDI

Məlumdur ki, bu gün Gürcüstanda parlament seçkiləri başlayıb. Saat 08:00-da Gürcüstan ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb. SİA mövzu ilə bağlı Gürcüstana yollanan deputatlardan biri olan Sahib Alıyevin fikirlərini öyrənib.

Sahib Alıyev bildirib ki, indiyədək Rustavidə 10 seçki məntəqəsinə baş çəkiblər: “Demək olar ki, hamısında yüksək seçici fəallığı nəzərə çarpırdı.

Məntəqələrin hamısında seçkilərin gedişatını izləyənlərdən soruşduq. Onların arasında həm QHT təmsilçiləri, həm də fərqli partiya təmsilçiləri var idi.

Onların cavabları bu cür oldu ki, səsvermə normal gedir. Hər hansı bir qanun pozuntusu hələ ki qeydə alınmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə