"Türkiyə əsla Suriyada bir terror dövləti qurulmasına icazə verməyəcək" - HULUSİ KILIÇ AÇIQLADI

"Türkiyənin Türk Aerokosmik Sənayesi, TUSAŞ-a edilən xain və alçaq hücumu şiddətlə pisləyirəm". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib

"Şəhidlərimizə Allah rəhmət eləsin, yaralılarımıza şəfa versin. Türk millətinin başı sağ olsun! Türkiyə böyük bir dövlətdir, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu hücumdan həmin an sonra Can Azərbaycanımızın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı və həmrəylik mesajı göndərdi. İlk mesaj cənab Prezident İlham Əliyevdən gəldi. Təşəkkür edirəm. Türkiyə bu xain hücumu beynəlxalq təhlükəsizlik məsələsi olaraq dəyərləndirməkdə və buna uyğun şəkildə təhlükəsizlik tədbirləri almaqdadır. Bu xain hücumu PKK-nın etdiyi anlaşılmaqdadır. Hər kəs bunu bilsin ki, Türkiyə əsla Suriyada bir terror dövləti qurulmasına icazə verməyəcək. Bu xain hücumdan sonra Türk döyüş təyyarələri PKK-nın Suriyada yerləşdiyi yerləri havadan bombalayaraq lazımlı mesaj və cəzanı vermişdir"-deyə, H.Kılıç bildirib.

Onun sözlərinə görə, PKK-nı bu hücuma təşviq edən çevrələrin, Türkiyənin Kazanda təşkil edilən BRİCS toplantısına qatılmasından narahat olduqları da dəyərləndirilməkdədir: "Türkiyə həm Asiya, həm Avropa ölkəsi olaraq çoxtərəfli bir siyasət işləməkdədir. Güclü bir Türkiyədən narahat olan çevrələr PKK-nı maşa olaraq istifadə etməkdə və Türkiyədə sülh və sabitliyi pozmağa yönəlmiş terror fəaliyyətləri etməkdədir. Hər kəs bunu bilsin ki, Türkiyə güclü bir ölkədir. Daxildə və xaricdə Türkiyəyə yönəlmiş hər cür hücuma misli ilə qarşılıq verəcəkdir. Dünyanın harasında olursa-olsun Türkiyə hər cür terror hadisəsini pisləyir və terrora məruz qalan ölkələrin yanındadır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə