"Azərbaycan dövləti Böyük Qayıdışımızı kompleks şəkildə həyata keçirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğaldan azad olunmuş torpaqlarımıza qayıdış artıq geniş vüsət alıb. Cəmi iki il bundan öncə biz sadəcə Zəngilan rayonuna qayıdışdan danışırdıqsa, bu gün Laçına, Füzuliyə, Şuşaya, Kəlbəcərə qayıdışdan danışa bilirik. Bu coğrafi şaxələnmə və sürətlə görülən işlər, ən əsası isə məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaq istəyi onu göstərir ki, Azərbaycan xalqı yüksək mənəviyyata mənsubdur və 30 illik işğal dövründə əsla öz yurdunu yadından çıxarmayıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, ikinci mühüm məsələ Azərbaycan dövlətinin əzmkarlığı və məcburi köçkünlərin məslunlaşması ilə bağlı ortaya qoyduğu qətiyyətli iradədir: "İnfrastruktur layihələrinin artıq başa çatmaq üzrə olması, logistik və dövlət xidmətlərinin əlçatan edilməsi şübhəsiz ki, vətəndaşlarımız üçün mühüm hadisədir. Çünki bizim üçün ən vacib olan hər şeydən öncə hər bir vətəndaş üçün Azərbaycanın istənilən coğrafiyasında dövlət xidmətlərinin və rifahın əlçatan olmasıdır. Yaşayış şəraiti yoxdursa, ən gözəl tikili belə faydasız sayılır. Ona görə də Azərbaycan dövləti Böyük Qayıdışımızı kompleks şəkildə həyata keçirir və iş yerlərinin, sosial xidmətlərin də vətəndaşlar üçün əlçatan olması təmin edilir. Dövlətimizin məqsədi aydındır ki, 2026-cı ilə qədər 130 mindən çox vətəndaşımızın məskunlaşması nəzərdə tutulur. Bu da növbəti mərhələlərdə daha intensiv məskunlaşma üçün şərtlər yaradacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə