"Sarqsyanın məktubu öz ömürlərini uzatmağa hesablanıb" - ŞƏRH EDİLDİ

"Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarqsyan Polşanın Baş nazirinə yazdığı məktub bu ölkədə revanşist qüvvələrin separatçı rejimin ömrünü uzatmağa və dolayısı ilə öz ömürlərini uzatmağa hesablanıb. Onlar yaxşı anlayır ki, onların daxildə sosial bazası və dəstəyi çox zəifdir. Ona görə "Artsax" məsələsini beynəlxalq gündəmə gətirməklə öz mövcudluqlarını sürdürməyə və beynəlxalq aləmdən dəstək almağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, digər tərəfdən bu, xarici ölkələrə köçən Qarabağ ermənilərinə və erməni diasporasına guya bir ümiddir: "Baş verənlər göstərdi ki, Qarabağ ermənilərinə heç bir artsax lazım deyilmiş, onlar orada zorla saxlanılırdı. İndi də bu addımlarla onlar özlərini belə spekulasiyarla erməni siyasi gündəmində saxlamağa çalışırlar".

"Lakin Azərbaycanın dünya dövlətləri ilə qurduğu yaxın münasibətlər 30 illik işğal dövründə olduğu kimi indi də heç bir nəticə verməyəcək. Əgər onlar 30 il ərzində heç bir nəticə əldə etməyibsə, separatçıların məhv olduğu və son qoyulduğu bir dövrdə onların hətta belə addımlarla nəyəsə nail olacaqları inandırıcı görünmür",- deyə o bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə