"Erməni əsilli şəxslərin səfirliyimizə hücumu terror aktıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Yaxın Şərqin başıbəlalı olan dövlətlərdən biri də Livandır. Uzun illərdir ki, Livanda sakit həyat yaratmaq mümkün deyil. Üstəlik Livanda olan ermənilər də tarix boyu oranı terror mərkəzinə çeviriblər. Bu fikirlə bağlı heç bir mübahisə yoxdur. Livandakı Azərbaycan səfirliyi qarşısında 50-yə yaxın erməninin aksiya keçirməsi əlbəttə ki, cinayət hadisəsidir. Bu, həm də erməni terror təşkilatlarının Livanın qanunlarını pozması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN rəhbərliyinin Livana göndərmiş olduğu nota onu göstərir ki, Livan dövləti səfirliyin qorunması ilə bağlı öz üzərinə hansı məsuliyyəti götürübsə, onları yerinə yetirsin: “Erməni əsilli şəxslərin partlayıcı maddələrlə səfirliyimizə hücumu terror aktıdır. Əminəm ki, Azərbaycanın Livan dövlətindən tələbləri səfirliyimizin təhlükəsizlik baxımından fəaliyyəti üçün şərait yaratmış olacaq. Azərbaycan səfirliyinin təhlükəsizliyinin təminatı ilə bağlı həm Livan dövlətinin öhdəliyi var, həm də dövlətimiz diqqətdə saxlayır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Livanda, Fransada və Avropanın başqa dövlətlərində ermənilərin həyata keçirdiyi etiraz nümayişləri onu göstərir ki, erməni düşüncələri son günlərini yaşayır: “Dünyada olan erməniləri Azərbaycana qarşı qaldırmağa cəhd edirlər. Amma bunların hamısı uğursuz cəhdlərdir. Çünki həm Azərbaycan 90-cı illərdəki kimi deyil, həm də ermənilərin gözyaşı tökərək guya ki soyqırıma məruz qalmaq fikri artıq iflasa uğrayıb. 30 il ərzində ermənilər Azərbaycana qarşı əllərindən gələn alçaqlıqları etdilər. Son nəticədə isə haqqı müdafiə edən Azərbaycan qalib gəldi və Ermənistanı darmadağın etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqa uyğun olan mümkün addımları atacaq. Bu yolda Azərbaycanın işini müdafiə edən kifayət qədər dövlət var. Nə Fransanın, nə Livandakı erməni terrorçularının, nə də Azərbaycana qarşı qəddar mövqedə olan dövlətlərin heç bir arzusu həyata keçməyəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə