"Tofiq Yaqublu nə deyibsə, qələt edib" - SORĞU

Müxalifətçi Tofiq Yaqublu ermənilərə status verilməsi barədə çıxışlar edib. O bildirib ki, Azərbaycan sülhün imzalanması ilə bağlı Ermənistana təzyiq edir. SİA bu barədə paytaxt sakinləri arasında sorğu keçirib.

Paytaxt sakini: "Azərbaycan xalqı sülhsevər dövlətdir. Heç vaxt ermənilərə təzyiq göstərməyib. Hətta Laçın yolundan erməni sakinləri sərbəst şəkildə gediş-gəliş edir. Elə adamlar var ki, onların, o cümlədən, Tofiq Yaqublunun azərbaycanlı olmağına baxmayaraq erməni qanı var. Elə o da ermənilərin bir tayıdır. Ermənilərə nə üçün status verilməlidir ki? Onda Göyçədə, Dərələyəzdə, Zəngəzurda yaşayanlar necə olsun? Mən özüm də Qərbi Azərbaycandanam. Əgər ermənilər status tələb edirsə, bizim təhlükəsizliyimizə təminat versinlər. Biz də öz yurdumuzda yaşayaq. Ola bilər ki, Tofiq Yaqublu I Qarabağ müharibəsi döyüşçüsü olsun. Bəlkə də o döyüşə məcburiyyət qarşısında qeyrətə boğulub gedib".

Paytaxt sakini: "Tofiq Yaqublunun ermənilərə status verilməsi barədə düşüncələri ilə qətiyyən razı deyiləm. Vaxtilə ermənilərə qarşı vuruşmuş şəxs necə ola bilər ki, indi onlara status verilməsini istəsin. Azərbaycan xalqı Ermənistana heç bir təzyiq göstərmir. Artıq torpaqlarımız işğaldan azad olunub. Xalqımız bu qələbə yolunda nə qədər şəhid verib, neçə ananın, balanın gözüyaşlı qalıb. Bundan sonra sadəcə sülh və əmin-amanlıq olmasını istəyirik".

Paytaxt sakini: "Mən ağdamlıyam. Hər kəs turist kimi Ağdama gəlir. Amma bizdən Ağdamın və digər ərazilərin azadlığı yolunda nələr yaşadığımızı soruşan yoxdur. Mənim üç uşaq atası olan oğlum müharibədə könüllü iştirak etmişdi. Nələr çəkdiyimizi bilmirlər. Tofiq Yaqublu nə deyibsə, qələt edib. Onun özü ermənidən dönmədir".

Paytaxt sakini: "Fikrimcə, ermənilərə status verilməməlidir. Onlar yüzillərlə bizim xalqımızın başına oyun açıblar. Biz sülhə razıyıq, amma ermənilər yox. Sülhə hər iki tərəf razılıq verməlidir. Bütün dünya da Ermənistana doğru yolun sülh müqaviləsinin imzalanması olduğunu bildirir. Amma onlar hələ bunu qəbul etmirlər. Elə adamlara status verilə bilməz".

Paytaxt sakini: "Azərbaycanda çox millət yaşayır. Hansı birinə status verilib? Azərbaycanda yaşayan hər bir şəxs dövlətimizin vətəndaşı sayılır, hər biri eyni hüquqa malikdir və hər birinə eyni qayğı göstərilir. Ermənilər həmişə kimlərinsə quyruğunun altında dolanıblar. İndi də elə bilirlər ki, Fransa və Rusiya onlara kömək edəcək və Azərbaycan Qarabağda yaşayan ermənilərə status verəcək. Ölkəmizdə 100 minə yaxın rus yaşayır. Onda onlara da status verək?! Niyə verməliyik ki?! Bizim torpağımızda yaşamaq istəyən ermənilər gərək Azərbaycan vətəndaşlığını qəbul etsin. Tofiq Yaqubluya gəldikdə isə millətin içində ağıllısı da var, dəlisi də. Bir dəlinin sözü ilə nəsə olası deyil".

Paytaxt sakini: "Şəxsi olaraq kimləsə bağlı münasibət bildirməsəm də, fikrimcə, Qarabağda yaşayan ermənilərə status verilməməlidir. Onların Azərbaycanda yaşayan digər millətlərdən bir fərqi və ya üstünlüyü yoxdur".

Paytaxt sakini: "Ermənilərə status vermək üçün tələsmək lazım deyil. Bilməliyik ki, onlar bunlara layiqdir, ya yox. İnsan gərək hörmət qazansın. Neçə il bizim xalqımız əziyyət çəkib. Status vermək bağışlamaq deməkdir. Bunun üçün isə illər lazımdır. Birdən-birə erməniləri bağışlaya bilmərik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə