Komitə sədri Türkiyə səfirliyini ziyarət edib

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib. SİA xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı səfirə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu, zəlzələdən zərər çəkənlərə xalqımız tərəfindən humanitar yardımların təşkil olunduğunu vurğulayıb və səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb: "Qardaş Türkiyədə baş vermiş zəlzələ xəbəri bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlarının ailələrinə, yaxınlarına və Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, Allahdan onlara rəhmət, yaralananlara şəfa diləyirəm. Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Biz hər zaman qardaş Türkiyənin yanındayıq!”.

Bütün xəbərlər Facebook səhifəmizdə