Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir - FOTOLAR

Məlum olduğu kimi, Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında rəsmi səfərdədir. SİA xəbər verir ki, səfər çərçivəsində Azərbaycan parlamentinin spikeri Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın xalqa müraciəti mərasimində iştirak edib. CAR parlamentinin hər iki palatasının birgə iclasından əvvəl keçirilən mərasimdə Siril Ramafosa ölkənin və rəhbərlik etdiyi hökumətin hədəfləri, qarşıda duran vəzifələr, xarici siyasi fəaliyyəti və digər prioritetlər barədə danışıb.

Prezidentin müraciəti başa çatdıqdan sonra parlamentarilər Milli Məclisin sədri Sahibə Qafarovanı və tədbirdə iştirak edən digər parlament nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə