Təcavüzkarın rahat davranışı diqqət çəkib

Ötən gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı araşdırmaya başlayan Tehran rəhbərliyi hücumçunun tutulduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum edən şəxs tutulduqdan sonra İran kanallarına müsahibə verib. Təcavüzkarın rahat davranışı diqqət çəkib.

Hücumdan sonra Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən azad edilib. Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə