"Paşinyanın öz istəklərinə uyğun hərəkət etməsi qeyri-mümkündür" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan baş naziri Nikol Paşinyan gah Avropaya, gah da Rusiyaya üz tutur. Ümumiyyətlə, Paşinyanın öz istəklərinə uyğun nəsə etməsi qeyri-mümkündür, yəni onun istəklərinə uyğun olaraq situasiya dəyişə bilməz. Çünki 2020-ci ilin Rusiya, Azərbaycan və Ermənistan imzalı noyabr razılaşması var". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, razılaşma zamanı Azərbaycan Respublikasının Prezidenti mövqeyini açıq şəkildə bildirib və sülh müqaviləsinin əldə olunması üçün 5 prinsip irəli sürüb: "Bu prinsipləri Ermənistan konseptual olaraq qəbul edib. Ona görə də Paşinyanın hər hansı cəhdi heç bir nəticə verməyəcək. Onun yeganə çıxış yolu üzərinə götürdüyü öhdəlikləri qəbul etmək, eləcə də Qarabağdan silahlı quldur dəstələrini çıxartmaq və bizim təbii sərvətlərimizin talanmasına son qoymaq, həmçinin Laçın dəhlizindən humanitar məqsədlər üçün istifadə olunmasıdır. Bugünkü reallıq bundan ibarətdir. Sülh müqaviləsini nə qədər tez bağlasa, Ermənistan üçün bir o qədər yaxşı olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə